İdman

“İnter”in yetirməsi Azərbaycan klubu ilə müqavilə imzalamaq üçün Bakıya gəldi

Sharing is caring!


“Zirə” heyətini yeni futbolçu ilə gücləndirib.

Oxu.Az xəbər verir ki, paytaxt təmsilçisi son olaraq Bolqarıstanın “Lokomotiv” (Plovdiv) klubunda çıxış edən Pyerr Zebli ilə anlaşıb.

25 yaşlı dayaq yarımmüdafiəçisi artıq Bakıdadır. Yaxın zamanda keçid açıqlanacaq. Tərəflərin ikiillik müqavilə imzalayacağı gözlənilir.

Pyerr Zebli İtaliyanın “İnter” klubunun yetirməsidir. O, “nerazzuri”nin əsas komandasında çıxış etməyib. Kot-d’İvuar U-20 yığmasında forma geyinmiş yarımmüdafiəçi İtaliyada “Peruca”, “Askoli”, “Kattolik”, Belçikada “Genk”, Bolqarıstanda isə “Tsarsko” və “Lokomotiv”in uğurları üçün çalışıb.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir