Dünya

Kiyevdəki “Ana Vətən” abidəsi adı dəyişdirilir

Sharing is caring!


Ukrayna İkinci Dünya Müharibəsi Tarixi Muzeyi Kiyevin rəmzi hesab olunan “Ana Vətən” abidəsinin adını dəyişdirməsi ilə bağlı qərar qəbul edib. 

Bu barədə muzeyin direktoru Yuri Savçuk məlumat verib.

“Muzeyimizin elmi şurasının iclası oldu və orada mühüm qərarlar qəbul edildi. Onlardan biri də “Ana Vətən” abidəsinin adının “Ana Ukrayna” adı ilə dəyişdirilməsi barədə qərar oldu.

Muzeyin direktoru abidənin adının dəyişdirilməsi ilə bağlı yekun qərarın Ukraynanın Müstəqillik Gününə qədər (24 avqust – red) veriləcəyinə ümid etdiyini vurğulayıb. 

“Dəyişikliklə bağlı Mədəniyyət və İnformasiya Siyasəti Nazirliyinin müvafiq inzibati akt olmalıdır” – Yuri Savçuk vurğulayıb.

Mənbə: Ukr.radio

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir