Cəmiyyət

Bakıda Abşeron sakinini avtomobil vurub

Sharing is caring!

Bakının Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.

APA xəbər verir ki, qəza Rəsulzadə qəsəbəsi ərazisində qeydə alınıb.

Xırdalan şəhər sakini, 1990-cı il təvəllüdlü Atakişiyev Elbin Seyran oğlu yolun piyadalar üçün müəyyən edilməyən hissəsindən keçərkən onu minik avtomobili vurub.

Yaralı bədənin müxtəlif nahiyələrinin çoxsaylı sınığı diaqnozu ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Fakt üzrə Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir