Dünya

Rusiyada uşaq düşərgəsində 69 nəfər zəhərlənib

Sharing is caring!


Rusiyanın Altay Respublikasında yerləşən “Dağ qartalı” uşaq düşərgəsində 69 nəfər qidadan zəhərlənib.

Bu barədə regionun Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, 7-17 yaşlı şəxslərdə bağırsaq infeksiyasının əlamətləri qeydə alınıb.

Düşərgədə ümumilikdə 354 uşaq dincəlib.

Zəhərlənən uşaqlara tibbi yardım göstərilib, onlar xəstəxananın infeksion şöbələrinə yerləşdiriliblər.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir