Dünya

Kolumbiya prezidentinin oğlu və onun keçmiş həyat yoldaşı saxlanıldı – FOTO

Sharing is caring!


Kolumbiya Prezidentinin oğlu Nikolas Petro və onun keçmiş həyat yoldaşı Day Vaskes prokurorluq tərəfindən saxlanılıb.

Bu barədə ölkənin baş prokuroru məlumat verib.

Onun verdiyi açıqlamaya görə, Kolumbiya prezidenti Qustavo Petronun oğlu Nikolas Petro və onun keçmiş həyat yoldaşı Day Vaskes çirkli pulların yuyulması və qanunsuz varlanma cinayətlərinə görə saxlanılıblar.

Prokurorluğun məlumatına görə, Atlantiko Departamentindən olan hazırkı deputat keçmiş həyat yoldaşı Day Vaskesin ittihamlarından sonra ona qarşı qaldırılan proseslə bağlı ələ keçirilib. Belə ki, onun atası Qustavo Petronun prezidentlik kampaniyası zamanı çirkli pullar aldığı və bu pullardan öz xeyrinə istifadə etdiyi iddia edilib.

Mənbə: Euro.eseuro.com

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir