Dünya

Avstraliyada özünü sahilə atan delfinlərlə bağlı qəddar qərar – VİDEO

Sharing is caring!


Avstraliyada özünü sahilə atan qara delfinlərdən (qrind) sağ qalanlar iynə vurularaq öldürüləcək.

Bu barədə ölkə hökuməti qərara gəlib.

Onlar heyvanların əziyyətini yüngülləşdirmək üçün bu yolu seçdiklərini bildiriblər.

Xatırladaq ki, bir neçə gün öncə delfinlər kütləvi şəkildə özlərini Çeyns-Biçə atıblar. Hadisə yerinə cəlb olunan 250-dən çox könüllü, dəniz həyatı mütəxəssisləri və baytarlar heyvanları xilas etməyə çalışsalar da, heyvanlardan 51-i ölüb. İndi isə qalan 46 qrindin öldürülməsinə qərar verilib.

Qeyd edək ki, qrindlərin özlərini kütləvi şəkildə sahilə atmaları qeyri-adi hadisə deyil. Bununla belə elm adamları bu fenomenin səbəblərini hələ də izah edə bilmirlər.

Mənbə: 360TV

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir