Dünya

“Mehmetcik”lərin yeni dostu – “Keçi” + FOTO/VİDEO

Sharing is caring!


Yoxuşları qalxır, sıldırım və qayalıqlarda gəzə bilir, minalanmış ərazilərə ilk o girir.

Söhbət Türkiyə istehsalı olan “Keçi” ləqəbli robot itdən gedir.

İstanbulda Beynəlxalq Müdafiə Sənayesi Sərgisində (IDEF) nümayiş olunan yeni texnika böyük maraqla qarşılanıb.

Qeyd olunur ki, bu robotun tırtıllı və ya təkərli analoqlarından fərqli olaraq, dörd ayaqlı quruluşu onu sıldırım ərazilərdə, qayalıqlarda və çətin dağlıq ərazilərdə missiyasını uğurla başa vuran oyunçuya çevirir. 

Bundan başqa robot it 80 kiloqram yük daşıma qabiliyyətinə malikdir. Suda və palçıqda rahat hərəkət edə bilir.

“Keçi”nin ən diqqət çəkən xüsusiyyətlərindən daha biri 360 dərəcə görüntülü kamerasıdır. Robot qeydə aldığı hər şeyi anında təhlükəsizlik bölmələrinə ötürəcək.

Mənbə: TRT Haber

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir