Cəmiyyət

Şəhidin qardaşı: “Anam ölənə qədər qardaşımın yolunu gözlədi” – FOTO

Sharing is caring!


Birinci Qarabağ müharibəsində itkin düşən və aşkarlanmış meyit qalıqlarının eyniləşdirilməsi prosesində şəxsiyyəti müəyyən olunan Araz Rüstəmovla Xızı rayonunun Giləzi qəsəbəsində vaxtilə yaşadığı evdə vida mərasimi keçirilir. 

Oxu.Az-ın məlumatına görə, mərasimdə yaxınları, Müdafiə Nazirliyinin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak edib.

Şəhidin qardaşı Hacıbaba Rüstəmov Oxu.Az-a açıqlamasında bildirib ki, 31 ildir qardaşının yolunu gözləyiblər: “Anam üç ay bundan əvvəl rəhmətə gedib. Ölənə qədər qardaşımın yolunu gözlədi. Arazın meyitinin öz doğma torpağına gətirilməsinə çox sevindik”.

O qeyd edib ki, A.Rüstəmov 20 Yanvar faciəsinin də iştirakçısı olub: “Həmin vaxt iştirakı olub. 40 gün şəhidlərin qəbrinin qazılmasına görə də, gedib-gəlib. Çox vətənpərvər idi”.

Şəhidin bacısı Gülzəman Xəlilova deyir ki, qardaşı döyüşlərə könüllü gedib: “Bizdən gizli gedib adını ordu sıralarına yazdırıb. 31 ildir ki, biz onun yolunu gözləyirdik. Anam rəhmətə gedənə kimi dedi ki, mənim övladım ölməyib, gələcək. Bu günümüzə də şükür edirik ki, qardaşım öz rayonuna gəlib. Artıq onun məzarını bilirik və istədiyimiz vaxt ziyarətinə gedəcəyik. Daha bizim gözümüz yollardan yığıldı”. 

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir