Dünya

Putinin həbsinə order verən Beynəlxalq Cinayət Məhkəməsinin hakimi axtarışa verilib – FOTO

Sharing is caring!


Rusiya prezidenti Vladimir Putin və uşaq ombudsmanı Mariya Lvova-Belovanın həbsinə order verən Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) hakimi Tomoko Akane cinayət işi üzrə axtarışa verilib.

Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin axtarış bazası məlumat yayıb.

“Tomoko Akane. Yaponiyalı. Rusiya Federasiyası Cinayət Məcəlləsinin maddəsi ilə axtarışa verilib”, – deyə məlumat bazasında bildirilir.

Onun hansı maddə ilə axtarışda olması açıqlanmayıb.

Qeyd edək ki, BCM martın 17-də Putin və Mariya Lvova-Belovanı əhalinin qeyri-qanuni deportasiyasından, o cümlədən uşaqların qanunsuz olaraq Rusiyaya köçürülməsindən ibarət olan hərbi cinayətlərdə iştirak etmək ittihamı ilə həbsinə order verib.

Martın 20-də Rusiya İstintaq Komitəsi BCM-in prokuroru Kərim Əhməd Xana və hakimlər Rozario Salvatore Aytalaya, Serxio Xerardo Ugalde Godinezə və Tomoko Akaneyə qarşı cinayət işi açıb. Prezidenti və uşaq ombudsmanını məhkəməyə verməyə əsasları olmadığı üçün onların hərəkətləri aşkar qanunsuz hesab edilib. May ayında Kərim Xan və Rozario Aytala ittiham olunaraq axtarışa verilib.

Beynəlxalq müdafiə olunan şəxslərə qarşı cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında 14 dekabr 1973-cü il tarixli Konvensiyaya uyğun olaraq dövlət başçıları xarici dövlətlərin yurisdiksiyasından mütləq immunitetə ​​malikdirlər.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir