Sosial

Baxımsız qalan Abşeron şəhəri Hökməli qəsəbəsinin sakinləri hökumətdən İmdad Diləyir-Foto Video

Sharing is caring!

Xəbəral.az xəbər verir ki, dəfələrlə Abşeron şəhəri Hökməli qəsəbəsində baş verənləri işıqlandırsaqda hələ heç bir nəticə yoxdur.

Zibillik, ifunət dolu bu qəsəbə hələ də sosial problemlərdən qurtula bilmir. Hazırda paytaxta,  böyük abadlıq və quruculuq işləri aparılsa da, Hökməli qəsəbəsi nədənsə bu tip yeniləşmədən kənarda qalıb. Məsələn, kəndin içinə aparan küçənin məhəllədaxili yolları bərbad vəziyyətdədir.

Nə qəsəbə Bələdiyyə sədri, nədə ki, ərazi icra numayəndəsi Hökməli kəndinin problemləri ilə maraqlanmır.Ümid ancaq qalıb icra başçısı İradə Gülməmmədovaya oda ki, elə bil Hökməli qəsəbəsindən üz döndərib.

Dərin-kələ-kötür çalalar 10 dəqiqə yağış yağan kimi çirkab suları ilə dolduğundan yol keçilməz olur. Qarşıdan soyuq qış yaxınlaşdığını düşünəndə Hökməlinin lap acınacaqlı durumunu təsəvvür etmək heç də çətin deyil…


Hələ evlərin yerləşdiyi küçələrə qalaqlanan zibildən bəhs edək… Burada küçə boyu aşıb-daşan zibilin yaratdığı üfunətdən bezən insanlar “Hər tərəf natəmizliyin içindədir, antisanitariya şəratində yaşayırıq. Qapı-pəncərəni aça bilmirik, açan kimi üfunət mənzillərimizə dolur”, kimi gileylərini dilə gətirir.


Hökməli sakinləri onu da bildirir ki, Rayon İcra Hakimiyyətinə, “Sukanal” Departamentinə, Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə, Gigiyena və Epidemologiya Mərkəzinə rəsmi məktub göndəriblər.
Ancaq görünən odur ki, məktublar çatdığı ünvanda heç oxunmayıb…


Daha ətraflı videoda:

Qarşı tərəfin mövqe haqqını tanıyırıq

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir