Dünya

MKİ-nin keçmiş zabiti Pentaqonun yadplanetlilərin qalıqlarını aşkarladığını bildirib

Sharing is caring!


Naməlum uçan obyektlərlə (UNO) insidentlərin baş verdiyi ərazilərdə qeyri-insan mənşəli texnologiyalar aşkar edilib.

Bu məlumatı MKİ-nin keçmiş zabiti Devid Qruş ABŞ Konqresində fövqəladə sivilizasiyaların mövcudluğu və onlarla mümkün əlaqə ilə bağlı ilk ictimai dinləmələr zamanı açıqlayıb.

Qruş nitqində həm özünün, həm də ABŞ-nin digər keçmiş hərbçilərinin və MKİ əməkdaşlarının UNO-larla qarşılaşdıqlarını deyib. Dinləmədə keçmiş admiral Devid Fravor və istefada olan hərbi pilot Rayan Qreyvs də iştirak ediblər. Onun sözlərinə görə, 2014-cü ildə Virciniya yaxınlığında məşq zamanı şəffaf kürə olan naməlum obyektlə qarşılaşıb. Həmçinin onun qrupundan 30-dan çox insan da oxşar hadisəni müşahidə etdiyini vurğulayıb.

Qruş bəyan edib ki, ABŞ hökuməti UNO-larla bağlı həqiqətləri üzə çıxarmaq üçün ona və həmkarlarına qarşı repressiv tədbirlər hazırlayır. Onun sözlərinə görə, hakimiyyətdə bioloji materialın tapıldığı qəzaya uğramış kosmik gəmilərin qalıqları var.

Hər üç şahid belə naməlum obyektlərin ABŞ üçün potensial təhlükə yaratdığı ilə razılaşıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir