Dünya

Bayden Rusiya ilə bağlı gizli əmr verdi

Sharing is caring!


ABŞ Prezidenti Co Bayden rusiyalı hərbçilərin Ukraynada törətdiyi hərbi cinayətlərə dair sübutların Haaqa Beynəlxalq Cinayət Məhkəməsinə verilməsini gizli şəkildə əmr edib.

Bu barədə məlumatlı mənbələrdən informasiya daxil olub.

Rəsmilərin fikrincə, bu, ABŞ siyasətində ciddi dəyişikliyin göstəricisidir. Onların sözlərinə görə, Pentaqon əvvəllər buna qarşı çıxıb, çünki ABŞ hərbçilərinin təqib edilməsinə imkan verəcək presedentin yaranmasından ehtiyat edib. Co Baydenin belə bir qərarı isə aylarla davam edən bu müqaviməti aradan qaldırır. Eyni zamanda, ABŞ prezidentini belə bir qərar verməyə konkret olaraq nəyin vadar etdiyi dəqiq məlum deyil.

Qeyd edilib ki, ABŞ kəşfiyyat orqanları Rusiya rəsmilərinin Ukraynada mülki infrastruktura qəsdən zərbə endirmək və minlərlə ukraynalı uşağı işğal olunmuş ərazilərdən zorla deportasiya etmək qərarlarına dair təfərrüat da daxil olmaqla müxtəlif məlumatlar toplayıblar. Onlar artıq bu sübutların bəzilərini Ukrayna prokurorlarına təqdim ediblər, lakin bunu Haaqa Məhkəməsinə ötürməkdən çəkiniblər.

Mənbə: “The New York Times”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir