Dünya

“Rakuv”un futbolçusu: “Qarabağ”ın nəyə qadir olduğunu bilirik”

Sharing is caring!


“Rəqibin nəyə qadir olduğunu hamımız bilirik”.

“Report”un məlumatına görə, bunu “Rakuv”un futbolçusu Ben Lederman Polşada “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.

23 yaşlı yarımmüdafiəçi vacib matça çıxacaqlarını bildirib:

“Biz də güclü komandayıq. Topla və topsuz ən yaxşı tərəflərimizi göstərmək istəyirik. Bu çağırışa hazırıq. 1-2 il əvvəlkindən daha güclüyük. Artıq yetəri qədər təcrübəmiz var”.

Qeyd edək ki, iyulun 26-da keçiriləcək “Rakuv” – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 22:15-də start götürəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir