Dünya

Rusiya kəşfiyyatının Moldova hakimiyyətini izlədiyi ilə bağlı xəbərlər yayıldı: Səfir XİN-ə çağırılacaq – FOTO

Sharing is caring!


Rusiyanın Moldovanın Kişineu şəhərindəki səfirliyinin damında getdikcə artan peyk antenləri və ötürücü qurğuların sayı ilə bağlı “Jurnal TV” və “The Inside” nəşri araşdırma aparıb.

Moldovalı jurnalistlər həm səfirliyin özünün, həm də diplomatların və texniki işçilərin yaşadığı qonşu binanın damında quraşdırılmış bu qəbuledici və ötürücü qurğuları sayıblar.

Rusiya xüsusi xidmət orqanlarının bu cihazlardan kəşfiyyat məqsədilə istifadə etdiyi bildirilib.

Səfirliyin damında, həmçinin hərbi kəşfiyyatın hakerləri ilə yanaşı Xarici Kəşfiyyat Xidmətinin texniki şöbəsinin 23 zabiti də görüntülənib.

Qeyd edək ki, parabolik antenlər vasitəsilə gəmilərin, təyyarələrin və idarə olunan raketlərin yerinin təyin edilməsi mümkündür. Bu antenlər, həmçinin peyk telefon siqnallarını tutur ki, bu da demək olar, bütün Avropa ölkələrində telefon danışıqlarına qulaq asmağa imkan verir.

Eyni zamanda bu cihazlar yerli polis məmurlarının, taksi sürücülərinin, aviadispetçerlərin və s. radio danışıqlarını ələ keçirməyə qadirdir.

Onlardan, həmçinin kosmosda peyklərlə qısa mesaj mübadiləsi üçün istifadə olunur və bir saniyə ərzində böyük miqdarda məlumat ötürmə qabiliyyətinə malikdirlər. Bu cür peyk antenləri Rusiyanın dünyanın müxtəlif ölkələrindəki səfirliklərində quraşdırılıb və onlardan Baş Kəşfiyyat İdarəsi, Xarici Kəşfiyyat Xidməti və Federal Təhlükəsizlik Xidməti istifadə edir.

Moldovanın Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyi Rusiyanın bu ölkədəki səfiri Oleq Vasnetsovu diplomatik nümayəndəliyin binasındakı antenlərlə bağlı izahat vermək üçün çağıracaq.

Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

“Xarici İşlər Nazirliyi digər səlahiyyətli qurumlarla sıx əməkdaşlıq şəraitində casusluğun mahiyyəti və miqyası ilə bağlı araşdırmalar aparır. Rusiyanın Kişineudakı səfiri bu məsələyə aydınlıq gətirməsi üçün nazirliyə çağırılacaq”, – deyə nazirliyin verdiyi məlumatda qeyd edilib. Nazirliyin mətbuat xidmətindən bildirilib ki, xüsusən də Moldovanın “Jurnal” internet resursunun Kişineunun mərkəzində yerləşən səfirliyin binalarındakı çoxlu antenlə bağlı narazılığından sonra məsələ narahatlıq doğurub. Belə ki, nəşrin jurnalistlərinin fikrincə, qurumdakı xüsusi avadanlıqların köməyi ilə məxfi məlumatların toplanması mümkündür.

Mənbə: RBC-Ukrayna, TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir