Dünya

Meksikada klubun yandırılması nəticəsində 11 nəfər həlak olub

Sharing is caring!


Meksikanın şimalındakı Sonora ştatında klubda törədilən yanğın nəticəsində 11 nəfər həlak olub.

Bu barədə şənbə günü yerli prokurorluq məlumat yayıb.

“Sonora Ştat Prokurorluğu barı qəsdən yandıran, nəticədə 11 nəfərin ölümü ilə nəticələnən cinayəti törədən şəxsin müəyyən edilərək tutulması istiqamətində müvafiq araşdırmalar aparır. Həddindən artıq sərxoş vəziyyətdə olan şəxs müəssisənin qapısına yanan əşya atıb”, – məlumatda deyilir.

Qeyd edilir ki, bu hadisə nəticəsində 4 nəfər xəsarət alıb. Onlar hazırda yerli xəstəxanadadırlar.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir