Cəmiyyət

Bakının mərkəzindəki binada yanğın olub – VİDEO

Sharing is caring!


Bakının mərkəzi küçəsindəki binada yanğın olub

 Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilir ki, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonu, Rəşid Behbudov küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub. 

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunublar. 

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində onaltımərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində yerləşən üçotaqlı mənzilin eyvanında baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzilin digər hissələrinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 150 m² olan mənzilin eyvanında 1 m² sahədə məişət tullantıları yanıb.

Yanğın baş vermiş mənzil, habelə digər mənzillər yanğından mühafizə olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir