Dünya

Rusiyadan qaçan diktor Şanlıurfada ortaya çıxdı

Sharing is caring!

Rusiyadan qaçdığı deyilən televiziya diktoru Türkiyədə olduğunu açıqlayıb.

“Pervıy kanal”ın aparıcısı Yekaterina Andreyeva Şanlıurfada dincəlirmiş.

Rusiyanın Ukraynaya hücumlarının ilk günlərində dövlət kanalında Andreyevanın efirdə olduğu zaman redaktor Marina Ovsyannikovanın müharibə əleyhinə etiraz addımı böyük səs-küy yaratmışdı. Kanalın redaktoru olan Ovsyannikova xəbərlər bülleteni zamanı “Müharibəyə yox” yazılmış şüar açmışdı. Ovsyannikova bu əmələ görə hakim qarşısına çıxıb.

Aparıcı Yekaterina Andreyeva da etiraza reaksiya vermədiyi üçün tənqidlərdən payını almışdı.

Uzun müddət görünməyən Yekaterina Andreyeva İstanbula qaçması ilə bağlı iddialara cavab verib.

O, sosial media hesabından Türkiyədə olduğunu təsdiqləyib. Lakin o, “peyğəmbərlər şəhəri” kimi xarakterizə etdiyi Şanlıurfa və İstanbulu gəzdikdən sonra Moskvaya dönəcəyini açıqlayıb.

“Peyğəmbərlər şəhəri Urfadan Moskvaya enerji gətirəcəyəm”, – deyə Andreyeva qeyd edib.

Maraqlıdır ki, Marina Ovsyannikova da yoxa çıxıb. Məlum olub ki, 44 yaşlı Ovsyannikova iki aya yaxın ev dustaqlığında olub və Moskvadakı evindən qızı ilə birlikdə qaçıb. Ona 10 il həbs cəzası tələb edilir.

Mənbə: ABC gazetesi

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir