Dünya

Cənubi Koreya prezidentinin qayınanası həbs olundu

Sharing is caring!


Cənubi Koreya Prezidenti Yun Sok Yolun qayınanası saxta bank çıxarışlarına görə ittiham olunub.

Məlumata görə, Çxve In Sun Cənubi Koreyanın paytaxtı Seulun cənubunda yerləşən şəhərdə torpaq almaq üçün istifadə edilən saxta bank çıxarışı hazırlamaqda təqsirli bilinib.

Qeyd edək ki, saxta sənəd prezidentin qayınanasının hesaba 27 milyon dollara yaxın pul qoyduğunu təsdiqləyir.

Prezidentin qayınanası məhkəmədə günahını etiraf etməyib və hökm oxunduqdan sonra huşunu itirib.

İyconbu şəhərinin Apellyasiya Məhkəməsi 76 yaşlı Çxve In Sunun apellyasiya şikayətini qəbul etməyib. Beləliklə, məhkəmənin hökmü qüvvədə saxlanılıb. Məlumata görə, qadın dəmir barmaqlıqlar arxasında bir il keçirəcək.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir