İdman

“Molde” – “Qarabağ” oyununa satılan bilet sayı müəyyənləşib

Sharing is caring!


UEFA Avropa Liqasının qrup mərhələsində keçiriləcək “Molde” – “Qarabağ” oyununa satılan bilet sayı bəlli olub.

“Report”un Norveçə ezam olunmuş əməkdaşının məlumatına görə, “Aker” stadionunda baş tutacaq qarşılaşmaya 5 214 bilet satılıb.

11 200 tamaşaçı tutumuna malik arenada tribunaların yarısının boş qalması gözlənilir. Matçda azsaylı azərbaycanlı azarkeşlər də “Qarabağ”a dəstək verəcəklər.

Qeyd edək ki, bu gün keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Hazırda “Qarabağ” və “Molde” hərəyə 6 xalla müvafiq olaraq 2-3-cü yerlərdə qərarlaşıblar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir