Dünya

Mbappeni “Real Madrid”ə buraxmaq istəməyən PSJ-dən milyardlıq təklif

Sharing is caring!


Fransanın PSJ klubu Kilian Mbappeni əldən buraxmaq istəmir.

Paris təmsilçisi 24 yaşlı hücumçu üçün yeni müqavilə hazırlayıb. Klub onu növbəti 10 ildə də heyətində saxlamaq istəyir. Anlaşmanın ümumi dəyərinin bir milyard avrodan çox olması planlaşdırılır.

Xatırladaq ki, Mbappenin PSJ ilə gələn ilin yayına qədər müqaviləsi var. O, sözləşməni yeniləmək niyyətində deyil. PSJ 2024-cü ildə forvardı pulsuz buraxmamaq üçün ya bu yay satmalı, ya da müqaviləni yeniləməlidir.

Qeyd edək ki, Kilian Mbappenin İspaniyanın “Real Madrid” klubuna keçidi gündəmdədir.

Mənbə: Defensa Central

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir