Cəmiyyət

Bakıda yeniyetmənin barmağında qalan dəmir halqa çıxarılıb – VİDEO

Sharing is caring!


Bakıda yeniyetmənin barmağında qalan dəmir halqa çıxarılıb.

“Report”un xəbərinə görə, hadisə paytaxtın Xətai rayonunda qeydə alınıb.

Belə ki, dəmir halqa yeniyetmənin barmağında ilişərək qalıb. Onun yaxınları bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə müraciət ediblər.

Məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunublar.

Təcili tibbi yardım briqadasının iştirakı ilə həyata keçirilən xilasetmə tədbirləri nəticəsində halqanın müvafiq qaydada çıxarılması təmin edilib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir