Dünya

Priqojin üsyandan sonra ilk dəfə Belarusda “Vaqner”çilərə müraciət etdi: “Yeni yola hazırlaşın…” – VİDEO

Sharing is caring!


Rusiyanın “Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojin Belarusa gələn muzdlular qarşısında çıxış edib.

Bununla bağlı videogörüntülər “Vaqner” özəl hərbi şirkəti ilə əlaqəli olan “Razqruzka Vaqnera” və “Orkestr Vaqnera” “Telegram” kanallarında yayımlanıb.

Videoda Priqojin ləyaqətlə döyüşdüklərini və Rusiya üçün çox şey etdiklərini bildirib.

“İndi cəbhədə baş verənlər biabırçılıqdır və bizim orada iştirak etməyimizə ehtiyac yoxdur. Özümüzü tam şəkildə sübut edə biləcəyimiz anı gözləməliyik. Ona görə də qərara alındı ​​ki, bir müddət burada, Belarusda qalaq”, – deyə Priqojin qeyd edib.

O həmçinin bəyan edib ki, “Vaqner” Belarusda olduğu müddətdə onlar Belarus ordusunu dünyanın ikinci ordusuna çevirəcəklər və lazım gələrsə, onların müdafiəsinə qalxacaqlar. Priqojin həmçinin muzdlulardan xahiş edib ki, belarusların onları “təkcə qəhrəman kimi deyil, həm də qardaş kimi” qarşıladıqlarına diqqət yetirsinlər.

O, daha sonra “Vaqner”çiləri hazırlaşmağa, öz səviyyələrini yüksəltməyə və yeni yola – Afrikaya çağırıb. “Və bəlkə də Rusiya Silahlı Qüvvələrinə o zaman qayıdacağıq ki, bizi özümüzdən və təcrübəmizdən utanmağa məcbur etməyəcəklər”, – deyə Yevgeni Priqojin əlavə edib.

Mənbə: Meduza.io

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir