Bölgə

Şuşada bu işi “Təmiz Şəhər” görəcək

Sharing is caring!

Azərbaycan Prezidenti İlham Əliyev məişət tullantıları ilə bağlı idarəetmə sahəsində bəzi məsələlərin tənzimlənməsi və “Bakı şəhərində məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 avqust tarixli 2983 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb. 

“XəbərAl.az” xəbər verir ki, sərəncama əsasən, Şuşa şəhərinin ərazisində əmələ gələn bütün bərk məişət tullantılarının yığılmasını, daşınmasını, yerləşdirilməsini və zərərsizləşdirilməsini “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti həyata keçirəcək. 

“Bakı şəhərində məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 avqust tarixli 2983 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 8, maddə 750; 2010, № 7, maddə 610; 2014, № 5, maddə 477; 2016, № 8, maddə 1384) aşağıdakı dəyişikliklər edilib:

2.1. adında “Bakı şəhərində məişət” sözləri “Məişət” sözü ilə əvəz edilsin;

2.2. preambula üzrə:

2.2.1. birinci abzas aşağıdakı redaksiyada verilsin:

“Azərbaycan Respublikasında əldə edilən sosial-iqtisadi nailiyyətlər yaşayış məntəqələrinin müasir şəhərsalma və tikinti fəaliyyətinin prinsipləri əsasında inkişaf etdirilməsi istiqamətində ardıcıl tədbirlərin həyata keçirilməsinə zəmin yaratmışdır.”;

2.2.2. dördüncü abzasda “Bakı şəhərində məişət” sözləri “Məişət” sözü ilə əvəz edilsin;

2.3. 2-ci hissəyə “zərərsizləşdirilməsi” sözündən sonra “, həmçinin Bakı şəhərinin Qala qəsəbəsinin və Şuşa şəhərinin ərazisində əmələ gələn belə tullantıların yığılması və daşınması” sözləri əlavə edilsin;

2.4. 4-cü hissəyə “Bakı şəhərinin ərazisində” sözlərindən sonra “(Qala qəsəbəsi istisna olmaqla)” sözləri əlavə edilsin;

2.5. 6-cı hissədə “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir