Dünya

Avstraliyada çimərlikdə naməlum obyekt tapılıb – FOTO/VİDEO

Sharing is caring!


Avstraliya hakimiyyəti qitənin qərb hissəsində okean sahilində tapılan müəmmalı cismin nə olduğunu  müəyyənləşdirməyə çalışır.

Qərbi Avstraliya Dövlət Polisinin (WAPF) məlumatına görə, obyekt insanlar üçün təhlükəli hesab edilir və ona yaxınlaşmaq qadağandır.

“Qərbi Avstraliya polisi çimərlikdə tapılan naməlum əşyanın mənşəyini araşdırır. Biz onun mənşəyini və təbiətini müəyyən etmək üçün müxtəlif dövlət və federal qurumlarla fəal əməkdaşlıq edirik”, – agentliyin açıqlamasında deyilir.

Qeyd edək ki, paslanmış və balıqqulaqları ilə örtülmüş iki metrlik metal silindri Avstraliya qitəsinin qərb sahilində, Pertdən 240 km şimalda yerləşən Qrin-Hed kəndinin sakinləri aşkar edib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir