Dünya

Pensilvaniyada daşqınlar beş nəfərin həyatına son qoyub

Sharing is caring!


ABŞ-nin şimal-şərqindəki Pensilvaniya ştatında baş verən sel 5 nəfərin həyatına son qoyub, 2 uşaq itkin düşüb.

Bu barədə yerli polis xəbər verib.

Məlumata görə, daşqın ştatın cənub-şərqində kiçik Apper Meykfild kəndində baş verib. Son bir ay ərzində orta aylıq yağıntının təxminən 300%-i ABŞ-nin şimal-şərqinə düşüb və bu, Vermont, Nyu-York və Massaçusets ştatlarının bir hissəsində daşqınlara səbəb olub.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir