Dünya

Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi bir milyard dollar artıb

Sharing is caring!


2023-cü ilin ilk 6 ayı ərzində Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 34,8% və ya 1 011,4 milyon dollar artaraq 3 916 milyon dollar təşkil edib.

Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Qeyd edək ki, cari ilin ilk 6 ayı ərzində Azərbaycandan Türkiyəyə ixracın həcmi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 49,5% və ya 917 min dollar artaraq 2 768,9 milyon dollara bərabər olub.

Hesabat dövründə Türkiyədən Azərbaycana idxalın həcmi 9% və ya 94,4 milyon dollar artaraq 1 147,1 milyon dollara yüksəlib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir