Cəmiyyət

Yeddi ümumtəhsil müəssisəsində 182 uşaqda müxtəlif patologiyalar aşkarlanıb – FOTO

Sharing is caring!


“Endokrinoloji xidmətə əlçatanlığın təmin edilməsi məqsədilə Respublika Endokrinoloji Mərkəzin tibbi heyətinin rayon mərkəzi xəstəxanalarına (Salyan RMX, Neftçala RMX, Kürdəmir RMX, Yevlax RMX, Qusar RMX, Siyəzən RMX, Ağdam, Ağcabədi RMX) xidməti ezamiyyəsi icra edilib”.

Oxu.Az xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov bu gün media nümayəndələri üçün təşkil edilən tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, ümumilikdə 50 xəstəyə (20-si uşaq olmaqla) konsultativ-diaqnostik və müalicəvi yardımlar göstərilib. Endokrinopatiyaların erkən aşkarlanması məqsədilə skrininq müayinələr təşkil olunub:

“Yeddi ümumtəhsil müəssisəsində 182 uşaqda müxtəlif patologiyalar aşkarlanıb və sonrakı müayinə və müalicələrə cəlb ediliblər. Uronefroloji, dəri-zöhrəvi, nevroloji xidmətlərin ölkə üzrə təkmilləşdirilməsi ilə əlaqəli fəaliyyət planları hazırlanıb”.

O qeyd edib ki, Tibbi Şuralar haqqında Əsasnamə hazırlanıb və bütün tibb müəssisələrində Tibbi Şuralar yaradılıb.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir