İdman

“Araz Naxçıvan”da baş məşqçi ilə yeni müqavilə: Əfran İsmayılov köməkçi oldu

Sharing is caring!


Futbol üzrə Azərbaycan Premyer Liqasında iştirak edəcək “Araz-Naxçıvan” baş məşqçisi Azər Bağırovun müqaviləsinin müddətini uzadıb.

Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, mütəxəssis daha bir il Muxtar Respublika təmsilçisinə rəhbərlik edəcək.

“Araz-Naxçıvan”da məşqçilər korpusu da dəqiqləşib. Rail Məlikov köməkçi, Miloş Yevtiç fiziki hazırlıq, Araz Bağırov analitik, Əfran İsmayılov seleksiya, Ramiz Kərimov qapıçılarla işləyən məşqçi vəzifələrini yerinə yetirəcəklər.

Onlarla birillik müqavilə bağlanıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir