Dünya

Türkiyədə tarixi Qalata qülləsinə 15 iyul şəhidlərinin şəkilləri proyeksiya edilib – FOTO

Sharing is caring!


Türkiyənin İstanbul şəhərində tarixi Qalata qülləsinin üzərinə 15 iyul şəhidlərinin fotoşəkilləri proyeksiya edilib.

Beyoğlu Bələdiyyəsi tərəfindən 15 İyul Demokratiya və Milli Birlik Gününün 7-ci ildönümü ilə əlaqədar təşkil edilən tədbir “Türkiyənin Əsrin Qəhrəmanları” mövzusunda keçirilən layihələrdən biridir.

Tarixi qüllədə “video mapping” nümayişi keçirilib. Əvvəlcə Türkiyə bayrağı proyeksiya edilib, sonra bir dəqiqəlik sükutla şəhidlər anılıb və İstiqlal Marşı səsləndirilib.

Əlifba sırası ilə yerləşdirilən fotoşəkillərlə yanaşı, iyulun 15-nə keçən gecə baş verən hadisələrin video görüntüləri də yayımlanıb.

Görüntüləri izləyən vətəndaşlar çox təsirləndiklərini deyərək, belə bir hadisənin bir daha təkrarlanmamasını arzuladıqlarını bildiriblər.

Mənbə: CNN Türk

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir