Dünya

Rusiyada uranın zənginləşdirilməsi kombinatında sızma olub, ölən var

Sharing is caring!


Rusiyanın Sverdlovsk vilayətinin Novouralsk şəhərində yerləşən Uralsk elektro-kimya kombinatında heksa-florit uran balonundan sızma olub, nəticədə bir nəfər ölüb.

Bu barədə regionun fövqəladə hallar xidməti məlumat yayıb.

“Bir nəfər ölüb, sexdə qalanlar isə təxliyə olunublar, fövqəladə vəziyyət lokallaşdırılıb, kimyəvi çirklənmə təhlükəsi yoxdur”, – deyə mənbə bildirib.

Məlumata görə, müəssisədə və ondan kənarda radiasiya vəziyyəti normaldır, Novouralsk sakinləri və zavodun işçiləri üçün heç bir təhlükə yoxdur.

Uralsk elektro-kimya kombinatı – RF Dövlət Atom Enerjisi Korporasiyası “Rosatom”un bir hissəsidir.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir