Dünya

“Liverpul”un kapitanı Səudiyyə Ərəbistanı klubuna keçir

Sharing is caring!


“Liverpul”un futbolçusu Cordan Henderson karyerasını Səudiyyə Ərəbistanında davam etdirməyə yaxındır.

Məşhur insayder Fabritsio Romanonun yaydığı məlumata görə, ingiltərəli yarımmüdafiəçi “Əl-İttifaq”ın təklifini qəbul edib. 33 yaşlı oyunçu ərəblərlə müqaviləni razılaşdırıb.

Henderson “Liverpul”un baş məşqçisi Yurgen Kloppla da danışıb. Almaniyalı mütəxəssis onun gedişinə “yaşıl işıq” yandırıb.

İndi klublar anlaşmalıdırlar. “Liverpul” hələ ikiillik müqaviləsi olan kapitanını pulsuz buraxmaq fikrində deyil.

2011-ci ildən Mersisayd klubunun formasını geyinən C.Henderson ötən mövsüm “qırmızılar”ın heyətində bütün turnirlərdə 43 oyun keçirib və üç məhsuldar ötürmə edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir