Dünya

Səudiyyə Ərəbistanında dəvə festivalı keçiriləcək

Sharing is caring!


Səudiyyə Ərəbistanı Vəliəhdiin şərəfinə Beşinci Dəvə Festivalı avqustun 1-də Taif Dəvə Meydanında başlayacaq.

Bu il yarışlarda 589 iştirakçı iştirak edəcək və ümumi mükafat fondu 15 milyon dollar olacaq.

Festival bütün yaş qrupları üçün 11 günlük ilkin mərhələ ilə başlayacaq və avqustun 28-də final yarışları ilə yekunlaşacaq.

Qeyd edək ki, 2018-ci ildə yarandığı gündən festival dünyanın hər yerindən çoxlu sayda dəvə həvəskarlarını cəlb edib.

Tədbirin məqsədi Səudiyyə Ərəbistanında dəvə yarışı irsini təbliğ etmək, həmçinin turizmə və Krallığın iqtisadi inkişafına dəstək olmaqdır.

Mənbə: rossaprimavera.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir