Cəmiyyət

Ağsu sakininin həyətini qəsdən yandıran şəxs müəyyən edildi – VİDEO

Sharing is caring!


18 iyul 2023-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ağsu rayonu, Ərəbsərvan kəndində vətəndaşa məxsus həyətyanı sahədə yanğın baş verməsi və ətraf üçün təhlükənin yaranması barədə məlumat daxil olub.

FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələrinin operativ müdaxiləsi sayəsində genişlənməsinə və yaxınlıqdakı fərdi yaşayış evlərinə, həyətyanı sahələrə keçməsinə imkan verilmədən yanğın qısa müddətdə söndürülüb.

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aparılmış ilkin araşdırma zamanı hadisənin qəsdən törədildiyi müəyyən olunub.

Belə ki, xidmət tərəfindən həyata keçirilmiş zəruri tədbirlər nəticəsində hadisənin Şahzadə Şahlar oğlu Əhmədov tərəfindən törədildiyi müəyyən olunub və vətəndaş törətdiyi əməli etiraf edib.

Faktla bağlı toplanılmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə göndərilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir