Dünya

Rusiyada Cubqa-Soçi avtomobil yolu bağlanıb – VİDEO

Sharing is caring!


Rusiyada A-147 Cubqa-Soçi avtomobil yolunun bəzi hissələrini su basıb. Yolun hərəkət hissəsinə ağaclar aşıb, sürüşmə meydana gəlib. Nəticədə nəqliyyatın hərəkəti dayanıb.

Bu barədə Tuapse rayon administrasiyasının “Telegram” kanalında məlumat verilib.

Qeyd edək ki, Soçidə üç gündür yağış yağır. Bazar gününə keçən gecə Xostinski rayonuna 80 millimetrə yaxın, bazar ertəsi gecə isə Adler rayonuna daha 100 millimetr yağıntı düşüb. Daşqın həm kurort şəhərinin özündə, həm də Sirius federal ərazisində baş verib.

Soçinin Xostinski və Adler rayonları, eləcə də Sirius federal ərazisində bələdiyyə fövqəladə vəziyyət rejimi tətbiq edilib. Demək olar ki, 600 nəfər təxliyə edilib. Yerli sakinlər və turistlər də daxil olmaqla, 364 nəfər Soçidə müvəqqəti məskunlaşıb.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir