Dünya

“Qalatasaray” “Liverpul”un futbolçusunu transfer edə bilər

Sharing is caring!


“Liverpul”un futbolçusu Tyaqo Alkantara karyerasını Türkiyədə davam etdirə bilər.

Super Liqanın son qalibi “Qalatasaray” ispaniyalı yarımmüdafiəçinin xidmətində maraqlıdır. Məlumata görə, İstanbul klubu orta xətt oyunçusu üçün cəlbedici təklif irəli sürüb. Klub “Liverpul”la da ilkin danışıqlar aparıb.

Alkantaranın “qırmızılar”la hazırkı müqaviləsi 2024-cü ilin yayına qədərdir.

Qeyd edək ki, ispaniyalı yarımmüdafiəçi 2022/23 mövsümündə İngiltərə Premyer Liqasında 18 matçda iştirak edib.

Mənbə: Fanatik

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir