Dünya

Rusiyanın hərbi helikopterini qaçıran pilot İspaniyada ölü tapıldı

Sharing is caring!


2023-cü ildə Rusiya hərbi helikopterini qaçıran Maksim Kuzminovun İspaniyada ölü tapıldı.

Qeyd olunub ki, İspaniya Mülki Qvardiyası Kuzminovun son vaxtlar alkoqol və narkotiklə bağlı problemləri olduğunu bildirib.

33 yaşlı kişinin meyiti Alikantenin La Villajoyosa qəsəbəsində yerləşən qarajlardan birində üzərində bir neçə güllə yarası ilə tapılıb. Kişinin meyitini qonşusu aşkar edib. Müstəntiqlər yaxınlıqdakı El Kampello şəhərində tapılan yanmış avtomobillə bağlı xəbərdarlıq ediblər, ehtimal olunan qatil qurbanı ölümcül şəkildə yaraladıqdan sonra oradan qaçıb.

Hadisə yerinə yerli polis və həkimlər gəliblər.

Hazırda araşdırma aparılır. Hüquq-mühafizə orqanları qətlin səbəbinin hesablaşma olduğunu təxmin edirlər.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir