Dünya

Vüsal İsgəndərli: “Ararat”la oyun üçün İrəvana gedirəm, menecer biletimin alındığını söylədi”

Sharing is caring!


Albaniyanın “Eqnatiya” klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərli Ermənistanın “Ararat” klubuna qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin ilk oyunu üçün İrəvana gedəcək.

Bu barədə “Report”a 28 yaşlı hücumameyilli yarımmüdafiəçi özü açıqlama verib.

O, Ermənistandakı qarşılaşma üçün ona da bilet alındığını söyləyib: “İnşallah, mən də gedirəm. Menecer dedi ki, biletin alınıb, gedirsən”.

Qeyd edək ki, Vüsal İsgəndərli “Eqnatiya” ilə üç illik müqavilə imzalayıb. Albaniya klubu “Ararat”a qarşı ilk oyununu iyulun 13-də səfərdə, cavab matçını isə bir həftə sonra evdə keçirəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir