Dünya

Ankarada fırtına: Məscidlərin minarələri dağıldı – VİDEO

Sharing is caring!


Ankarada davam edən leysan yağışlar və güclü külək həyatı iflic edib.

Fırtına nəticəsində bəzi binaların dam örtükləri, məscidlərin minarələri dağılıb.

Saatda 45 kilometrə çatan külək nəticəsində çoxlu ağaclar aşıb.

Etimesqut rayonunda ticarət mərkəzinin damı tamamilə dağılaraq ətrafdakı vətəndaşlara böyük qorxu yaşayıb. Fırtına nəticəsində rayondakı mərkəzi məscidin minarəsi də uçulub. Minarənin parçaların ətrafa səpələnməsi nəticəsində bir nəfər yaralanıb. Yaralı təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.

Həmçinin, Ümitköydəki məscidin minarəsi də uçulub.

Ankara Valiliyi yağış və külək səbəbiylə meydana gələ biləcək mənfi hallara qarşı əhalini xəbərdar edib.

Mənbə: Haber Global, TRT

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir