Dünya

Azərbaycanlı hakim Avropa çempionatının final mərhələsinə təyinat aldı

Sharing is caring!


Azərbaycanın FIFA referisi Elçin Məsiyev beynəlxalq oyuna təyinat alıb.

AFFA-nın rəsmi saytının yaydığı məlumata görə, o, 17 yaşadək futbolçulardan ibarət komandalar arasında təşkil olunan Avropa çempionatının final mərhələsi çərçivəsində mayın 17-də keçiriləcək Şotlandiya – Fransa qarşılaşmasının baş hakimi olacaq. Ona Elşad Abdullayev və yunanıstanlı yan xətt hakimi Konstandinos Psarris kömək edəcəklər.

Qeyd edək ki, UEFA U-17 Avropa çempionatının final mərhələsi mayın 17-dən iyunun 2-dək Macarıstanda keçiriləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir