Dünya

Co Baydenin reytinqi vəzifə dövrünün minimumuna qədər gerilədi

Sharing is caring!


ABŞ Prezidenti Co Baydenin fəaliyyətini bəyənmə reytinqi 37%-ə düşüb ki, bu da onun vəzifəyə seçilməsindən bəri ən aşağı göstəricidir.

Bunu “Gallup” tədqiqat xidmətinin keçirdiyi sorğunun nəticələri sübut edir.

Qeyd edilir ki, Baydenin reytinqi 38%-ə düşdüyü 2022-ci ilin iyul ayı istisna olmaqla, son 19 ayda 40% səviyyəsində qalıb. Sorğu göstərib ki, respondentlərdən demokratların 83, respublikaçıların 4%-i ABŞ prezidentinin öz işini necə yerinə yetirdiyini bəyənir.

Bundan əlavə, sorğu çərçivəsində amerikalılardan iqtisadiyyatın vəziyyətini qiymətləndirmələri xahiş olunub. Respondentlərin 16%-i bunu əla və ya yaxşı, 47%-i isə pis adlandırıb. Respondentlərin 19%-i iqtisadiyyatda vəziyyətin yaxşılaşdığını düşünür, 75%-i isə əks fikirdədir.

Aprelin 25-də Co Bayden 2024-cü il seçkisində namizədliyini irəli sürüb. O, seçicilərdən vəzifədə başladığı “işi bitirmək” üçün ona daha çox vaxt vermələrini istəyib. Ağ Ev iddia edir ki, 80 yaşlı Bayden, yaşı ilə bağlı iddialara baxmayaraq, nəticələr əldə edir.

Mənbə: Kommersant

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir