Dünya

Moldovadan Rusiya prezidentinə qadağa

Sharing is caring!


Rusiya Prezidenti Vladimir Putinin Moldovaya girişi qadağan edilib.

Bu barədə Moldovanın Baş naziri Dorin Reçan bəyan edib.

Hökumət başçısının sözlərinə görə, Moldovada Rusiya vətəndaşlarının “qara siyahı”sı var, ancaq bəzi məmurlar onların bu siyahıya daxil edildiyini yalnız ölkəyə girmək istəyəndə öyrənirlər.

“Biz müharibəni təbliğ edən və savaş toxumu əkənlərin hamısının ağzını yumacağıq”, – deyə o vurğulayıb.

Xatırladaq ki, Haaqa Beynəlxalq Cinayət Məhkəməsi martın 17-də Putinin həbsinə order verib. Rusiya prezidenti hərbi cinayətdə – Ukraynaya hərbi müdaxilə zamanı uşaqların Ukraynanın işğal olunmuş ərazilərindən Rusiyaya qanunsuz deportasiya edilməsində ittiham olunur.

Mənbə: Dw.com

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir