Cəmiyyət

Azərbaycanda qızılca ilə bağlı vəziyyət necədir? – AÇIQLAMA

Sharing is caring!


“Hamilə olan zaman qızılcaya yoluxma ciddi fəsadlara səbəb ola bilər”.

Oxu.Az xəbər verir ki, bunu TƏBİB-in Tibbi xidmətlərin inkişafı departamentinin rəhbəri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, vaksin zamanında olunmadığı üçün qadınlar hamilə olan zaman bu xəstəliyə yoluxa bilərlər:

“Zamanında peyvənd olunmaq lazımdır. Xəstəliyi hər bir fərd fərqli keçirə bilər. Buna görə də vaxtında həkimə müraciət edilməlidir. Bu xəstəlik yüksək yoluxuculuğa malikdir”.

Y.Qarayeva əlavə edib ki, ölkəmizdə bu xəstəlik nəzarət altındadır:

“Qonşu ölkələrdə vəziyyət gərgindir. Çünki vaksinlə bağlı problemləri var. Bizdə isə hər hansı bir problem yoxdur”.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir