Dünya

İsraildə terror aktı: Sürücü avtomobili piyadaların üzərinə sürdü – FOTO/VİDEO

Sharing is caring!


Bazar ertəsi Qüdsün mərkəzində avtomobil bir qrup piyadanın üzərinə şütüyüb. Nəticədə bir neçə nəfər xəsarət alıb, avtomobilin sürücüsü yerindəcə zərərsizləşdirilib.

Bu barədə İsrail polisinin mətbuat xidməti məlumat yayıb.

İnsident Qüds şəhərinin mərkəzində ən sıx alış-veriş yerlərindən biri olan Mahane Yehuda bazarının yaxınlığında baş verib.

Öz növbəsində İsrailin baş naziri Benyamin Netanyahu baş verənləri terror aktı adlandırıb.

“Bir müddət əvvəl İsrail vətəndaşlarını öldürməyə növbəti cəhd edildi. Bu terror aktı İsrail torpaqlarının və İsrail Dövlətinin bizə necə baha başa gəldiyini xatırladır”, – deyə baş nazir bildirib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir