Dünya

Paşinyan: “Ermənistan KTMT missiyasını qəbul etməyə hazırdır”

Sharing is caring!


Təkcə Rusiya deyil, Ermənistan da KTMT missiyasını qəbul etməyə hazırdır.

Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərə məlumat verib.

“Bizim istəyimiz mümkün missiyanın effektiv olmasıdır. Bu, həm Ermənistan, həm KTMT, həm də region üçün vacibdir. Biz bu istiqamətdə işimizi davam etdiririk”, – deyə Paşinyan bildirib.

O qeyd edib ki, KTMT və Avropa İttifaqının (Aİ) missiyalarını müqayisə etmək olmaz, çünki Ermənistanın olduğu kimi KTMT-nin də Ermənistan qarşısında təhlükəsizlik öhdəlikləri var.

“Bizim KTMT missiyasından gözləntilərimiz Aİ missiyasından daha çox olmalıdır”, – deyə Paşinyan vurğulayıb.

Mənbə: Aysor.am

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir