Mədəniyyət

Xalq artisti: “Ümumbəşəri filmlər çəkilməlidir”

Sharing is caring!


“Ümumbəşəri filmlər çəkilməlidir”.

Oxu.Az xəbər verir ki, bu sözləri “Azərbaycan Kinosu – 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusunda Kino forumunda Xalq artisti Rasim Balayev deyib.

Onun sözlərinə görə, belə filmləri beynəlxalq arenaya çıxara bilərik:

“Xaricə çıxmaq vacibdir. 44 günlük müharibədə böyük qələbə qazandıq. Çox xoşbəxtəm ki, torpaqlarımızın azad olunmasını gördüm. Qarabağ mövzusunda film çəkilməlidir”.

R.Balayev sonda qeyd edib ki, gəncləri studiyada görmək istəyir:

“Arzu edərdim ki, gənclər kinostudiyaya toplaşsınlar. Onları görüm. Görmək üçün siz kömək edin”.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir