Cəmiyyət

Nurit Qringer: “Ermənistanın vandalizmi ağlasığmazdır”

Sharing is caring!


“Ermənistan işğal altında saxladığı əraziləri tamamilə xarabalığa çevrilmiş, dağıdılmış, sözün əsl mənasında sıfırdan bərpa edilməli olan bölgəyə çevirib”.

Bunu “Report”un Şuşaya ezam olunmuş əməkdaşına açıqlamasında həmin şəhərdə səfərdə olan Amerika-Azərbaycan Mədəniyyət Fondunun rəhbəri Nurit Qringer bildirib.

“Ermənistanın vandalizmi ağlasığmazdır. Bu ərazilərdə minalara qarşı xəbərdarlıqların çox olması, eyni zamanda, minalar səbəbindən istədiyiniz əraziyə getmək imkanının olmaması ciddi narahatlıq doğurur. Minalara görə bu ərazilərdə gəzmək çox təhlükəlidir”, – deyə o bildirib.

Onun sözlərinə görə, Ermənistan iddia edirdi ki, guya bu torpaqlarda ölkə quracaq:

“Amma burada ölkə quruculuğuna dair heç nə görmədim. Əksinə, bu ərazilərdə dağıntıların, mədəni-dini irsə hörmətsizliyin şahidi oldum”.

N.Qringer əlavə edib ki, Azərbaycan hökumətinin bu ərazilərdə hava limanlarının tikintisi daxil olmaqla, qısa müddətdə bərpa və tikinti işləri ilə bağlı göstərdiyi səylər onda dərin təəssürat yaradıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir