Dünya

Türkiyədə qorxunc hadisə: Yeniyetmə oğlan illərdir iki nəfərin təcavüzünə məruz qalıb – VİDEO

Sharing is caring!


Türkiyənin İzmir şəhərində qorxunc hadisənin üstü açılıb. Belə ki, Torbalı rayonunda 35 və 45 yaşlı iki kişi 13 yaşı olan uşağa cinsi təcavüz edib. Ahmet K. və Ali A. Adlı şəxslərin bu cinayəti iki il davam edib.

Bu barədə yerli mediada xəbər verilib.

Məlumata görə, hadisədən xəbər tutan sakinlər özləri şübhəliləri tutaraq jandarmeriyaya təslim ediblər.

Yeniyetmənin sözlərinə görə, ona narkotik maddə verib zorlayıblar.

“İllərdir ki, narkotik maddə çəkib, məhəllədəki uşaqları incidirlər, şikayətçiyəm”, – deyə o bildirib.

Mənbə: “Solçu Gazete” “Telegram” kanalı

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir