Dünya

İran hakimiyyəti hicab məsələsini çözə biləcəkmi? – VİDEO

Sharing is caring!


İran hakimiyyəti uzun tərəddüd və götür-qoydan, məsləhətləşmə və müzakirələrdən sonra, görünür, özünün siyasi varlığı üçün son dərəcə önəmli olan hicab məsələsini, daha doğrusu, ötən ilin sentyabrında başlanmış etirazlardan sonra ölkədə getdikcə daha çox vüsət alan hicabsızlıq problemini çözmək qərarına gəlib.

“Gəşt-e erşad” adlanan əxlaq polisinin fəaliyyəti fiaskoya uğradıqdan sonra molla rejimi İran qadınlarının, xüsusən gənc nəslin azadlıq istəyini müasir texnologiyaların köməyi ilə boğmaq niyyətindədir.

Hicaba riayət etməyən qadınları müəyyənləşdirmək və cəzalandırmaq üçün ağıllı cihazlardan və üztanıma kameralarından istifadə olunması nəzərdə tutulur.

Layihə barədə öncədən məlumat verən İran polis qüvvələrinin komandanı general Əhmədrza Radan müşahidələrin əsasən 3 sahəni – küçə və xiyabanları, şəxsi və ictimai nəqliyyatı, ticarət və iaşə obyektlərini əhatə edəcəyini bəyan edib. Cəza tədbirləri kimi müvafiq xəbərdarlıqdan sonra qadınların araşdırma üçün hüquq-mühafizə orqanlarına çağırılması, hicabsızlara sosial xidmətlərin göstərilməsindən imtina edilməsi, şəxsi avtomobilə həbs qoyulması kimi addımlar atılacaq, eyni zamanda hicabsızlıq hallarının müşahidə olunduğu müəssisələrin fəaliyyəti dayandırılacaq. 

“Azad İran” “Youtube” kanalının mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir