Dünya

Dövlət Duması Jah Khalibin konsertlərinin qadağan edilməsini tələb etdi

Sharing is caring!


Dövlət Dumasının Təhsil Komitəsi sədrinin birinci müavini Yana Lantratova Moskva merinə, Sankt-Peterburq qubernatoruna və Baş Prokurorluğa daha çox Jah Khalib kimi məşhur olan hip-hop ifaçısı Bəxtiyar Məmmədovun konsertlərinin qadağan edilməsi tələbi ilə müraciət edib.

Millət vəkili reperi “Ukrayna silahlı qüvvələrinə dəstəyini açıq şəkildə bildirməkdə” günahlandırıb və onun Moskva və Sankt-Peterburqda konsertlər planlaşdırdığını bildirib.

Deputatın sözlərinə görə, reper “Instagram”da  Kiyevə gələrək sığınacaqdan sığınacağa keçdiyini və ukraynalıları sevdiyini, onlara heyran olduğunu yazıb.

Lantratova musiqiçinin paylaşımlarının yoxlanılmasını və lazım gələrsə, prokurorluq tərəfindən cavab tədbirlərinin görülməsini, xüsusən də Məmmədovun konsertlərinin qadağan edilməsini tələb edib.

Qeyd edək ki, Jah Khalib Qazaxıstanda fəaliyyət göstərən azərbaycan əsilli reper, müğənni və prodüserdir.

Mənbə: lenta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir