İdman

İki boksçumuz Avropanın ən güclüsü oldu, ikisi bürünc medal qazandı – FOTO

Sharing is caring!


Sloveniyanın Maribor şəhərində məktəbli boksçular arasında Avropa birinciliyinə yekun vurulub.

Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, doqquz gün davam edən yarışı milli komandamız iki qızıl və iki bürünc medalla bitirib.

Yığmanın heyətində Şahin Aslanov Avropa çempionu tituluna yiyələnib. 52 kq çəkidə mübarizə aparan boksçumuz finalda Nikolay Nikolayevi (Bolqarıstan) məğlub edib. O, həlledici döyüşdə 5:0 (30:27, 29:28, 29:28, 30:27, 30:27) hesabı ilə qələbə qazanaraq qızıl medala sahib olub.

Millinin heyətində ən ağırçəkili boksçu Səftər Məmmədzadə (90 kq) də Avropanın ən güclüsü tituluna yiyələnib. Təmsilçimiz finalda ukraynalı Yosip-Vladislav Kozakeviçə 5:0 (29:28, 29:28, 30:27, 30:26, 29:28) hesabı ilə qalib gələrək, Mariborda Azərbaycan Himnini səsləndirib.

Komandamızın aktivinə bürünc medalları isə Adil Zalov (63 kq) və İsmayıl Vəliyev (70 kq) yazdırıblar.

32 ölkədən 380 idmançının qatıldığı yarışda dörd medal qazanan oğlanlardan ibarət millimiz Avropada dördüncü yeri tutub. Yarışda ümumilikdə doqquz ölkənin boksçuları çempionluq sevinci yaşayıblar. Birinci pilləni Ukrayna (6-1-5) tutub.

Qeyd edək ki, 2022-ci ildə Türkiyədə komandamız bir qızıl, bir gümüş və üç bürünc medal əldə etmişdisə, bu dəfə finala vəsiqə qazanan hər iki boksçumuz rinqdən qalib ayrılaraq çempion tituluna yiyələnib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir